İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.
Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.
Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- Mbappe yarımfinal matçını buraxacaq
- Millimizin baqajı itib – komanda Polşaya əli cibində yollanıb
- Region Liqasında II turun təqvimi bəlli olub
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti