Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının seçmə mərhələsinin iyun ayında keçiriləcək oyunları üçün heyətini açıqlayıb.
Apasport.az xəbər verir ki, italiyalı baş məşqçi Neymar və Rodriqonu milliyə dəvət etməyib.
Ançelotti heyətə 25 futbolçu cəlb edib:
Qapıçılar: Alisson, Bento, Hugo Souza.
Müdafiəçilər: Alexandro, Beraldo, Leo Ortiz, Markinyos, Danilo, Aleks Sandro, Karlos Augusto, Uesli, Uonderson.
Yarımmüdafiəçilər: Andreas Pereyra, Bruno Qimarayş, Kazemiro, Andrey, Ederson, Gerson.
Hücumçular: Anthony, Estevao, Martinelli, Matheus Cunha, Vinicius Junior, Rafinya, Riçarlison.
Qeyd edək ki, Braziliya iyunun 5-də Ekvador, iyunun 10-da isə Paraqvay millisi ilə qarşılaşacaq.
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
- TFF Berke Özerlə bağlı qərar verib