"Mançester Yunayted"in cinah oyunçusu Antoninin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Komo" 25 yaşlı braziliyalını transfer etməyə çalışıb.
Bununla belə, Antoni 2024/2025 mövsümünün ikinci hissəsində icarə əsasında çıxış etdiyi “Betis”ə qayıtmağa üstünlük verir. “Mançester Yunayted” də Antoninin növbəti mövsümdə “Betis”də qalmaq istəyindən xəbərdardır, lakin klublar hələlik razılığa gələ bilməyib.
La Liqa klubunun rəhbəri daha əvvəl “ağ-yaşıllar”ın Antonini yenidən icarəyə götürmək istədiyini bildirmişdi. Çünki klubun maliyyə problemlərinə görə futbolçunu almaq imkanı yoxdur.
- "Qalatasaray"ın baş məşqçisi istefa verdi - Rəsmi
- Azərbaycanlı hakim FIDE-nin elit siyahısında
- "Mançester Siti"nin müdafiəçisi "Barselona"ya keçə bilər
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi