Arda Güler Vinisiusu geridə qoydu
23.06.2025 - 10:38
"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler klublararası dünya çempionatında "Paçuka" ilə matçda qol vurub.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü 43-cü dəqiqədə hesabı 2:0-a çatdırıb.
Opta-nın məlumatına görə, Güler son onilliyin başlanğıcından bu yana komandanın heyətində bütün turnirlərdə 10 qol vuran ən gənc "Real Madrid" oyunçusu (20 yaş 57 gün) olub.
O, bu nəticə ilə 2020-ci ildə 10 qol həddinə çatan Vinisius Junioru (20 yaş 80 gündə) üstələyib.
Qeyd edək ki, "Real Madrid" - "Paçuka" görüşü madridlilərin 3:1 qələbəsi ilə yekunlaşıb.
- “Atalanta” tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb
- Premyer Liqada yeni transfer rekordu: 125 milyon avro
- Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
- “Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə
- Benjamin Şeşko “Mançester Yunayted”də məşqlərə qayıdıb
0
0