"Arsenal" "Milan"ın qapıçısı ilə maraqlanır
16.12.2025 - 11:11
“Мilan”ın 20 yaşlı qapıçısı Lorenzo Torriani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Londonun “Arsenal” klubu perspektivli italiyalı qolkiperlə yaxından maraqlanır.
Bildirilir ki, “topçular” Torrianinin “Milan”dakı çıxışını diqqətlə izləyir və onun gələcək potensialını yüksək qiymətləndirir. Gənc qapıçının hazırda bazar dəyəri 500 min avro olaraq göstərilir.
Qeyd edək ki, Lorenzo Torrianinin “rossoneri” ilə mövcud müqaviləsi 2030-cu ilin iyun ayının sonunadək qüvvədədir.
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- “APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
- "Arsenal" ulduz futbolçu ilə danışıqlara başlayıb
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
- DÇ-2026: Almaniya Lüksemburqa, Malta Finlandiyaya qalib gəlib - YENİLƏNİB
0
0