"Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
04.04.2025 - 08:57
“Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romero “Atletiko Madrid”in əsas transfer hədəflərindən biridir.
Apasport.az xəbər verir ki, La Liqa klubu daha əvvəl də argentinalı ilə maraqlandığını bildirmişdi.
İddialara görə, "Atletiko" artıq 26 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Madrid klubu bir neçə aydır ki, dünya çempionu ilə müqavilə bağlamaq üçün yollar axtarır.
"Transfermarkt" dünya çempionunun dəyərin 55 milyon avro olaraq qiymətləndirir.
Müdafiəçi bu mövsüm "Spurs"un heyətində 18 oyun keçirib və 1 qol vurub.
- UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusunun adını açıqlayıb
- "Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
0
0