"Atletiko Madrid"in futbolçusu "Osasuna"ya keçib
25.12.2025 - 17:17
“Atletiko Madrid” sol cinah müdafiəçisi Xavi Qalanın transferini elan edib.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını “Osasuna”da davam etdirəcək.
İspaniya mətbuatının məlumatına görə, “Osasuna” bu transfer üçün Madrid təmsilçisinə 500 min avro ödəyəcək.
Xavi Qalan “Atletiko Madrid”in heyətində 56 rəsmi oyuna çıxıb və bu qarşılaşmalarda 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, La Liqada 18 turdan sonra “Atletiko Madrid” 3-cü, “Osasuna” isə 12-ci pillədə qərarlaşıb.
- Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
- Maxaçev tam üstünlüklə çempion oldu
- "Qalatasaray" Barış Alper Yılmazla yeni müqavilə imzalayıb
- İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
- Rafael Fiziyevin rəqibi: "Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm"
0
0