“Ayaks” Pol Simonislə danışıqlara başlayıb
11.11.2025 - 13:33
“Ayaks” Pol Simonislə danışıqlara başlayıb

Niderlandın “Ayaks” klubunun yeni baş məşqçi namizədi bəlli olub.

Apasport.az xəbər verir ki, Amsterdam təmsilçisi bu vəzifəyə alman “Volfsburq”unun sabiq çalışdırıcısı Pol Simonisi gətirməyi planlaşdırır.

“Ayaks” rəhbərliyi artıq 40 yaşlı holland mütəxəssislə danışıqlara start verib.

Hazırda “Ayaks” Niderland çempionatında 12 turdan sonra 20 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.