İtaliyalı hücumçu Mario Balotelli karyerasını BƏƏ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu BƏƏ İkinci Liqasında mübarizə aparan “Əl-İttifaq” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2,5 illik müqavilə imzalayıblar.
Balotelli daha əvvəl Avropada “Milan”, “Mançester Siti”, “İnter” və “Liverpul” kimi klublarda çıxış edib.
Qeyd edək ki, Balotellinin yeni komandası hazırkı mövsümdə çətin günlər yaşayır. “Əl-İttifaq” BƏƏ İkinci Divizionunda keçirdiyi 12 oyundan sonra cəmi 6 xal toplayıb və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
- Şeşko uğrunda mübarizədə “Arsenal”ın ciddi rəqibləri var
- Rövşən Hüseynli millidən ayrıldı
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- Adı mərc oyunlarında hallanan hakimdən açıqlama: "Nə indi, nə də əvvəl..."
- “Qalatasaray” “Beşiktaş”ın 9 illik seriyasına son qoydu