"Barsa"nın futbolçusu mövsümün qalan hissəsini buraxacaq
15.05.2025 - 08:32
"Barselona"nın hücumçusu Ferran Torres cari mövsümün qalan oyunlarını buraxacaq.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçunun appendisit əməliyyatı keçirib.
Bu səbəblə forvard cari mövsümün son 3 turunda forma geyinməyəcək.
O, La Liqada "Espanyol" (15 may), "Vilyarreal" (18 may) və "Atletik Bilbao"ya (25 may) qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 45 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Milli komandamız kimə tapşırılır? - AFFA iclas edəcək
- Sabiq "Arsenal"lı Niderland klubunda
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
- "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov
- "Beşiktaş"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli olub
0
0