"Barselona" Rafinya üçün yeni müqavilə hazırlayır
09.03.2025 - 14:35
"Barselona"nın hücumçusu Rafinya Kataloniya nəhəngi ilə yeni müqavilə imzalaya bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
“Barsa” rəhbərliyi braziliyalı üçün maaş artımı ilə müqavilə hazırlayır.
Müqavilə başa çatdıqdan sonra Rafinya komandanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcək. Tərəflər arasında yeni razılaşmanın 2030-cu ilin yayına qədər davam edəcəyi gözlənilir.
Bu mövsüm yarımmüdafiəçi 40 matçda iştirak edib. O, 25 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
- “Sabah” – “Neftçi” qarşılaşmasının təyinatları açıqlanıb
- Təxirə salınmış oyuna təyinatlar açıqlanıb
- "Komandasında mütəmadi oynamayan futbolçu toplanışa dəvət almayacaq"
- Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”
- Stefan de Vrey “İnter”dən ayrıla bilər – danışıqlar dayandırıldı
0
0