"Benfika" Orkun Kökçü transferinin detallarını açıqlayıb
12.07.2025 - 21:21
Xəbər verdiyimiz kimi, "Beşiktaş" "Benfika"dan Orkun Kökçünü transfer edib.
Apasport.az xəbər verir ki, "Benfika" Kökçü transferinin detallarını açıqlayıb.
Portuqaliya klubunun verdiyi açıqlamaya görə, yarımmüdafiəçi məcburi alış variantı ilə icarəyə götürülüb.
Transfer bonuslarla birgə 30 milyon avroya başa gəlib.
2024/25 mövsümündə "Benfika"nın heyətində bütün yarışlarda 55 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 12 qol vurub, 11 məhsuldar ötürmə edib.
- "Sabah" Premyer Liqada 300-cü qolunu vurub
- Rauf Əliyev: "Qarabağ"a, ya "Neftçi"yə azarkeşlik edəcəyimi soruşsanız..."
- Azərbaycan millisində yeni baş məşqçi - Rəsmi
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
0
0