Super Liqa təmsilçilərindən "Beşiktaş" kapitanı Necip Uysalla müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 2026-2027 mövsümünün sonuna qədər sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü bu mövsüm cəmi 1 matçda meydana çıxıb.
Təcrübəli oyunçu hazırda zədəlidir. O, bir müddət öncə çapraz bağ yırtığı səbəbilə əməliyyat olunmuşdu.
Qeyd edək ki, Uysal 2008-ci ildən "qara qartallar"ın əsas komandasında çıxış edir. O, “Beşiktaş”ın heyətində dörd dəfə Superliqa, dörd dəfə Türkiyə Kuboku, iki dəfə Superkubokun qalibi olub.
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- "Venesiya" ilə aşağı liqaya düşdü, Seriya A klubuna baş məşqçi təyin edildi
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə
- Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
- PFL Avropa Liqalarının Baş Assambleyasında təmsil olunub