"Beşiktaş"a ağır zərbə: "Gençlerbirliği" 2 dəqiqədə 2 qolla qələbə qazandı
18.10.2025 - 20:20
Türkiyə Super Liqasının 9-cu həftəsində "Beşiktaş" evdə "Gençlerbirliği"ni qəbul edib.
Apasport.az xəbər verir ki, 1:0 hesabı ilə öndə olan "qartallar" 2 dəqiqədə 2 top buraxaraq 3 xalı əldən veriblər.
Super Liqada bu mövsüm ilk ev oyununda məğlub olan "Beşiktaş" 13 xalla 6-cı, "Gençlerbirliği" isə 9 xalla 13-cü pillədə qərarlaşıb.
Səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edən "Trabzonspor" isə 3 xal qazanıb.
Bu qələbə ilə Qara dəniz təmsilçisi xallarını 20-yə yüksəldib, "Rizəspor" isə xalını 8-ə çatdırıb.
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
- "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
- Ermənistan futbolunda cinayət işi: “çirkli pulların yuyulması”
0
0