"Brügge"nin futbolçusu "Siti"nin hədəfində
27.05.2025 - 14:35
"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" isveçrəli yarımmüdafiəçini yay transfer siyahısına əlavə ediblər.
Bu transfer üçün Premyer Liqa klubunun Belçika təmsilçisinə 35 milyon avro ödəyəcəyi gözlənilir.
Bu mövsüm Yaşari bütün turnirlərdə 52 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun "Brügge" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- I Liqada XXV turun oyun cədvəli açıqlanıb
- "Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub
- Pedridən "Qızıl top" etirafı
0
0