"Çelsi" Bundesliqadan futbolçu transfer edir
04.06.2025 - 09:58
Londonun "Çelsi" klubu daha bir transferini yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Ceymi Qittensin transferində irəliləyiş var.
Enzo Mareskanın komandası cinah oyunçusu üçün 35 milyon avro və bonuslar təklif edib. 20 yaşlı futbolçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, o, bu mövsüm Bundesliqada 32 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- "Liverpul" "Real Madrid" ulduzu üçün 130 milyon avro xərcləməyə hazırdır
- Azərbaycan badmintonu tarixində bir ilk
- Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
- Dünya Kubokunun seçmə mərhələ oyunları Bakıda baş tutacaq
0
0