Coşqun oynadı, komandası qələbə qazandı
17.03.2025 - 08:49
Futbol üzrə Türkiyə Birinci Liqasında XXX turun oyunları baş tutub.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" azarkeşləri qarşısında "Keçiörengücü" ilə qarşılaşıb.
Start heyətdə meydana daxil olan Diniyev fasilədən sonra əvəzlənib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 30 turdan sonra 45 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Ermənistan futbolunda cinayət işi: “çirkli pulların yuyulması”
- “Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması
- London klubu azarkeşlərinə görə cərimələndi
- “Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib
- Premyer Liqada yeni mövsümün start tarixi müəyyənləşdi
0
0