"Qalatasaray” Super Liqanın 13-cü turunda “Gençlerbirliği” ilə oyundan sonra komandadakı zədəli futbolçuların vəziyyəti ilə bağlı məlumat yayıb.
Apasport.az xəbər verir ki, qarşılaşmada zədə səbəbi ilə oyunu yarımçıq tərk edən Vilfrid Sinqonun sol arxa əzələsində gərilmə və qanama aşkarlanıb.
Futbolçunun müalicəsinə start verilib.
O, gələn tur baş tutacaq "Fənərbaxça" derbisində komandasına kömək edə bilməyəcək. Kot d-İvuarlı futbolçunun 3-4 həftə meydandan kənarda qalacağı gözlənilir.
Eyni oyunda dizində ağrı hiss edən Mario Lemina bu gün axşam saatlarında əlavə müayinələrdən keçəcək.
Yunus Akgün isə komandadan ayrı şəkildə, həm zalda, həm də meydanda fizioterapevt və atletik performans mütəxəssisi ilə fərdi məşq edib.
Qeyd edək ki, qarşılaşmada birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Roland Sallai də növbəti turda komandasına kömək edə bilməyəcək.
- “Neftçi” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB
- "Bavariya"nın futbolçusu "Arsenal"la danışıqlar aparır
- Erik Ramos: "Samir Abasova zaman vermək və inanmaq lazımdır" - Müsahibə
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.