"Qalatasaray"ın prezidenti Dursun Özbek "Fənərbaxça" derbisindən öncə açıqlama verib.
Apasport.az xəbər verir ki, 75 yaşlı funksioner İstanbul derbisindən öncə azarkeşlərə səslənib:
"Türkiyə futbolunun son dövrlərdə sürükləndiyi xaos və çaşqınlıq mühitinin yaradacağı təhlükəni görürük. Tərəflərin bir qismi “Qalatasaray”a qarşı düşmən münasibət göstərərək, gərginlik yaradaraq bizləri qardaşı qardaşa qırdırmağa sürükləyə bilər.
"Qalatasaray"ın və kluba bağlı olan milyonlarla fədakar azarkeşin heç biri bu yolun yolçusu olmayacaq. Ölkəmizin birliyini və bütövlüyünü qorumaq, ictimai sülhü qorumaq hər zaman birinci vəzifəmizdir.
Qarşılaşmaya gələcək bütün azarkeşlərimizdən xahişim odur ki, heç bir təxribata cavab vermədən diqqəti yalnız komandamıza yönəltsinlər. Meydana heç bir yad əşya atmayacağıq və son saniyəyə qədər dayanmadan “Qalatasaray”a dəstək olacağıq".
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı bu axşam saat 21:00-da start götürəcək.
- "Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub
- Əfsanə futbolçu "Zirə"nin rəqibinə baş məşqçi təyin edilib
- Danışılmış oyunlarla bağlı seminar keçirilib
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- "Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb