"Qalatasaray"ın ispaniyalı hücumçusu Alvaro Morata İspaniya mətbuatına açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli futbolçu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo haqqında da danışıb:
"Mourinyoya böyük hörmətim və sevgim var. Çünki mənə ilk dəfə oynamaq üçün o fürsət verib. Amma danışmaq üçün Türkiyəni tərk edənə qədər gözləməli olacağıq".
32 yaşlı ispaniyalı "Fənərbaxça" - "Qalatasaray" derbisinin gərgin və maraqlı olduğunu bildirib:
"Qalatasaray" və "Fənərbaxça" arasındakı rəqabət "Real"la "Atletiko" və "Real"la və "Barselona" arasındakı rəqabətdən qat-qat gərgin və maraqlıdır. Heç vaxt belə bir şey görməmişəm. Qarşılaşmanı idarə etmək üçün əcnəbi hakim gəldi. Stadionda 30 mindən çox polis var idi. İnanılmaz idi".
Qeyd edək ki, bu ilin fevral ayından "cimbom"a keçən Morata Süper Liqada 4 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- Suarez ardıcıl 5 oyundur "İnter Mayami"də fərqlənir
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb
- Xavi Hernandez İngiltərə Premyer Liqasında çalışa bilər
- "Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub