"Fənərbaxça" rusiyalı futbolçunu istəyir
16.06.2025 - 12:24

"Fənərbaxça" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislyaka maraq göstərir.
Apasport.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Türkiyə klubu 19 yaşlı futbolçunun mümkün transferi ilə bağlı araşdırma aparır.
ÇSKA Kislyak üçün 20–25 milyon avro tələb edir.
Ötən mövsüm 19 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Moskva təmsilçisi ilə olan hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
"Transfermarkt" Kislyakın bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.
- Qubada futzal turniri keçiriləcək
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb
- "Mançester Yunayted" Şeşko uğrunda Premyer Liqanın 4 klubu ilə yarışacaq
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
0
0