Super Liqa təmsilçilərindən "Fənərbaxça" futbolçusu Cenk Tosunla yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, “Antalyaspor” matçının 80-ci dəqiqəsində oyuna daxil olan təcrübəli hücumçu bəlkə də sonuncu dəfə "sarı-lacivərdli" formanı geyinib.
"Fənərbaxça" Cenk Tosunun transferi üçün Yaponiyanın "Urava Red Diamonds" komandası ilə anlaşıb.
Razılıq əldə edildikdən sonra futbolçunun Yaponiya komandasına transfer olunacağı bildirilib.
Transfer prosesinin bir neçə gün ərzində yekunlaşacağı gözlənilir.
Cenk Tosun bu mövsüm "Fənərbaxça"nın heyətində 17 matçda forma geyinib. 33 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
- “Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi
- “Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb
- Yığma komandamız bu gün seçmə mərhələdə ikinci oyununu keçirəcək
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- Pulişiç "Milan"ı tərk etmək istəyir