“Fənərbaxça”da zədəli futbolçularla bağlı son durum
28.01.2026 - 16:22
UEFA Avropa Liqasının liqa mərhələsində son oyununu səfərdə FCSB-yə qarşı keçirəcək “Fənərbaxça”da zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, fərdi məşqlərini davam etdirən Edson Alvarezin ayaq biləyində şişkinlik səbəbindən narahatlıq yaşadığı bildirilib.
Futbolçu sabah tibbi müayinədən keçəcək və onun FCSB ilə qarşılaşmada iştirak edib-etməyəcəyi bu yoxlamadan sonra dəqiqləşəcək.
Digər tərəfdən, zədə səbəbindən bir müddət komandanın düşərgəsindən kənarda qalan Arçi Braun və Levent Mercan komanda ilə məşqlərə başlayıblar.
- 22 komanda Çempionlar Liqasına vəsiqə qazanıb - Siyahı
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- Uduzdu, söydü, cəzalandı: Alleqri bildiyimiz kimi
- 36 cüdoçumuz İspaniya keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunub
- "Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
0
0