"Fənərbaxça"nın gündəmində olduğu iddia edilən Aleksandr Sörloth ilə bağlı "sarı-lacivərdli" komandadan rəsmi açıqlama gəlib.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, transferlə bağlı "Fənərbaxça" Futbol Şöbəsinin müdiri Ertan Torunoğulları açıqlama verib.
Torunoğulları "Atletiko Madrid"də çıxış edən norveçli ulduzun transferi ilə bağlı bunları deyib:
"Transfer pəncərəsində Sörloth və digər adlar müzakirə olunur. Biz gücləndiricilər üzərində işləyirik. Azarkeşlərimiz transfer pəncərəsində hər cür sürprizlərə açıq olmalıdır. Əlimizdən gələni edəcəyik. Prioritetimiz liqa olsa da, bu mövsüm bütün kubokları hədəfləmişik".
2019/20 mövsümündə "Trabzonspor"da icarə əsasında çıxış edən Aleksandr Sörloth bütün yarışlarda 49 matçda iştirak edib, 33 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- Müller Kroosun uğurunu təkrarlayıb
- Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
- "Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
- “Trabzonspor”un sponsoru ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb