“Fənərbaxça”lılara şad xəbər: Zədəsini sağaltdı
06.03.2025 - 14:55
"Fənərbaxça"nın yeni transferi Dieqo Karlos zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçinin beynəlxalq fasilədən sonra meydana çıxacağı gözlənilir.
31 yaşlı futbolçunun aprelin ilk həftəsində Kadıköydə keçiriləcək "Trabzonspor" matçında forma geyinmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, qış transfer dönəmində "Fənərbaxça"nın heyətinə qatılan Dieqo Karlos Türkiyə kubokunun "Ərzurumspor"la matçında zədələnmişdi.
- “Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi
- "Reyncers"lə matçdan öncə "Fənərbaxça"da 2 itki
- Şota Arveladze rəsmən "Kasımpaşa"da
- Türkiyə millisində intizam pozuntusu: Berke Özerə 1 ilədək cəza verilə bilər
- Denzel Dumfrisin "Liverpul" derbisindən əvvəl geri dönəcəyi gözlənilir
0
0