"İnter" və "Napoli" “Kalyari”nin futbolçusu üçün mübarizə aparacaq
01.11.2025 - 21:53
"İnter" və "Napoli" “Kalyari”nin futbolçusu üçün mübarizə aparacaq

"İnter" və "Napoli" Riyad İdrissinin transferində maraqlıdır.

Apasport.az xəbər verir ki, “Kalyari”nin 20 yaşlı müdafiəçisi Riyad İdrissi A Seriyasının iki nəhəngi – “İnter” və “Napoli”nin maraq dairəsinə düşüb. 

Cari mövsümdə o, A Seriyasında 5 matçda 1 qol vurub, həmçinin İtaliya Kubokunda 2 oyunda 1 asist edib.

“Kalyari”nin idman direktoru Tommazo Culini İdrissini satmaq fikrində olmadığını bildirib. Klub artıq “Torino”, “Udineze” və “Cenoa”dan gələn təklifləri rədd edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 1,5 milyon avro olaraq qiymətləndirir.