"İnter" yeni forvard transfer etməyə yaxındır
19.06.2025 - 09:36
"Parma"nın hücumçusu Anj-Yoan Bonni "İnter"ə keçməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçunun "İnter"ə qoşulmasına bir addım qalıb.
Fransız futbolçu 2030-cu ilə qədər illik 2 milyon avro maaşla müqavilə imzalamağa razıdır. Yoan Bonni 20 milyon avro dəyərində qiymətləndirilib.
A Seriyasının son mövsümündə forvard "Parma"nın heyətində 37 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
- Osimhen İstanbulda müayinə olunacaq
- "Benfika" Orkun Kökçü transferinin detallarını açıqlayıb
- Böyükağa Ağayev: "Azərbaycan çempionatında onlara çatacaq komanda yoxdur, amma..."
- Premyer Liqa: "Çelsi"dən qələbə, "Liverpul" və "Arsenal"dan xal itkisi
0
0