İtaliyanın "Milan" klubunun baş məşqçisi Serxio Konseysao 5 aydan sonra komandanı tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssis "rossoneri"nin sükanı arxasında 31 matç keçirib. Onlardan 16-sı qələbə, 5-i heç-heçə, 10-u isə məğlubiyyətlə başa çatıb.
Konseysaonun yetirmələri çempionatda cari mövsümü 8-ci yerdə başa vurub, Superkuboku qazanıb və ölkə kubokunun finalında “Bolonya”ya uduzub.
Konseysaonu əvəz etməyə əsas namizəd Massimiliano Alleqridir. Onun İtaliya təmsilçisi ilə yaxın günlərdə 2 illik müqavilə imzalayacağı gözlənilir.
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
- "Qalatasaray" onu yola salır: Bir dəqiqə belə oynamadan göndərilir
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə
- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır