Krespo yenidən Braziliya klubunu çalışdıracaq
19.06.2025 - 11:17
Argentina millisinin sabiq hücumçusu Ernan Krespo ikinci dəfə "San-Paulo"ya baş məşqçi təyin edilib.
Apasport.az xəbər verir ki, 2021-ci ildə də komandaya 8 ay rəhbərlik edən argentinalı mütəxəssis bu dəfə Braziliya klubu ilə 2026-cı ilin dekabrına qədər müqavilə imzalayıb.
O, bu postda həmyerlisi Luis Zubeldianı əvəz edib.
Futbolçu karyerasında "İnter", "Çelsi" və "Milan"da çıxış edən Krespo sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində "Əl-Ayn" klubunu çalışdırıb.
- “Araz-Naxçıvan"dan növbəti transfer
- Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."
- "Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar
- “Tottenhem” -“Mançester Yunayted” matçında qalib müəyyənləşmədi
- Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc
0
0