“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını 2026-cı ildən etibarən yeni klubda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi “Çikaqo Fayr” 37 yaşlı polşalı forvardı heyətinə qatmaq istəyir.
Məlumata görə, ABŞ klubu Levandovski ilə ilkin mərhələdə “müsbət” danışıqlar aparıb. Təcrübəli hücumçunun bu transferə açıq olduğu bildirilir.
Daha əvvəl polşalı futbolçuya Səudiyyə Ərəbistanı liqasının bir sıra klubları da maraq göstərirdi.
Cari mövsümdə Robert Levandovski “Barselona” forması ilə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”
- "Çelsi" 65 milyon avroluq cinah oyunçusu ilə bağlı danışıqlar aparır
- Kamran Əliyev: "Bu sualın cavabını yalnız Fernandu Santuş bilir"
- 185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük