Premyer Liqa klublarından "Tottenhem" azarkeşlərinə görə ziyana düşüb.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.
Ötən il sentyabrın 29-da baş tutan “Mançester Yunayted” - “Tottenhem” (0:3) matçında tribunadan eşidilən homofobik şüarlara görə "spurs" 75 min funt-sterlinq cərimələnib.
Federasiya klubu səfər oyununda asayişi təmin etməməkdə ittiham edib.
Azarkeşlərin davranışı qəbuledilməz, təhqiredici və alçaldıcı kimi dəyərləndirilib. İlkin cərimə 150 min olsa da, apellyasiya şikayəti əsasında bu məbləğ yarıya endirilib.
Bundan əlavə, klub rəsmi xəbərdarlıq alıb.
- "Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
- Flik "Barselona"nı iki futbolçu ilə gücləndirmək istəyir
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
- Millimizin oyununun vaxtı dəyişdi
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı