"Mançester Yunayted" Şeşko uğrunda Premyer Liqanın 4 klubu ilə yarışacaq
05.05.2025 - 08:55

"Leypziq"in hücumçusu Benjamin Şeşko Premyer Liqa klublarının radarına düşüb.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Arsenal", "Çelsi" və "Liverpul"un maraqlandığı bildirilir.
Məlumata görə, yayda gənc forvard uğrunda mübarizəyə “Mançester Yunayted” və “Nyukasl” da qoşulacaq.
Sloveniyalının dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.
Şeşko bu mövsüm "Leypziq" forması ilə bütün turnirlərdə 43 oyunda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Dünya Kubokunun seçmə mərhələ oyunları Bakıda baş tutacaq
- Dani Alveş azadlıqda - Braziliyalı ulduz bəraət aldı
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- "Barselona" "Şaxtyor"un yarımmüdafiəçisinə elçi düşüb
- Qış transfer dönəmində ən çox pul xərcləyən komandalar - Siyahı
0
0