"Mançester Yunayted"in ulduzu "Yuventus"un hədəfində
04.06.2025 - 08:56
"Mançester Yunayted"in ulduz oyunçusu Turin "Yuventus"unun radarına düşüb.
Apasport.az "UOL Esporte" nəşrinə istinadla xəbər verir ki, "Qoca sinyora" ötən mövsümün ikinci yarısında "Real Betis"də icarə əsasında çıxış edən cinah oyunçusu Antonini transfer etmək istəyir.
Xatırladaq ki, Antoni tezliklə müqaviləsi olduğu "Mançester Yunayted"ə qayıtmalıdır. Braziliyalı futbolçu isə “Old Trafford”a qayıtmaq niyyətində deyil.
"Betis"də çıxış edən Antoni La Liqada 17 matça çıxıb, 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sabiq "Arsenal"lı Niderland klubunda
- Vasili Berezutski: "Söz-söhbətlər bizə təsir etmir"
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
0
0