"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” bu yay argentinalı üçün təkliflərə açıqdır.
Məlumata görə, "Çelsi", "Aston Villa" və "Tottenhem" Qarnaçonu transfer etməyi düşünür. 20 yaşlı futbolçu ilə İtaliyanın "Napoli" klubu da yaxından maraqlanır.
"Transfermarkt" Qarnaçonun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
O, ötən mövsüm “Mançester Yunayted”in heyətində 58 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.
- "Yunayted" İtaliya klubunun forvardı ilə maraqlanır
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
- Xabi Alonso Kenan Yıldızın "Real Madrid"ə keçməsini istəyir
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- "Karagümrük"də Marsel Liçka dönəmi