Messi "Əl-Hilal"a keçə bilər
26.06.2025 - 12:53
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanı çempionatında işləmək variantı var.
Apasport.az xəbər verir ki, bu barədə "sport.es" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” 38 yaşlı hücumçunu öz sıralarına qatmaq istəyir.
Səudiyyə klubunun prezidenti hazırda klublararası dünya çempionatı üçün ABŞ-dadır.
Lionelin Amerika klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq. Ümumilikdə argentinalı İ"nter Mayami"də 62 oyun keçirib, 50 qol vurub və 24 məhsuldar ötürmə edib.
- İstanbula səfər edən “Reyncers” azarkeşi yol qəzasında vəfat edib
- 21 yaşadək karateçilərdən ibarət millimizdə yeni təyinat
- "Barselona"nın ötənmövsümkü gəliri açıqlanıb
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
- Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə
0
0