Mikautadze Premyer Liqa yolunda
15.03.2025 - 16:32
Gürcü hücumçu Jorj Mikautadze İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az "TodoFichajes" portalına istinadla xəbər verir ki, “Vest Hem” 24 yaşlı gürcü futbolçunun transferi üçün “Lion”a təklif hazırlayır.
“Lion” da öz növbəsində Mikautadzeni sərfəli qiymətə satmaq istəyir.
Lakin Liqa 1 klubu oyunçu ilə bağlı qərar verməyə tələsmir. Jorja təkcə “Vest Hem” deyil, digər klublar da maraq göstərir.
Nüfuzlu "transfermarkt" portalı Mikautadzenin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
- “Fənərbaxça”dan Kante bombası: Danışıqlar başladı
- Xabi Alonso Kenan Yıldızın "Real Madrid"ə keçməsini istəyir
- Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- “Ayın qolu” layihəsində yanvar ayının qalibləri bəlli olub
0
0