“Milan” Hernandesi sabiq “Barselona”lı ilə əvəz edə bilər
27.05.2025 - 08:12

"Lids"in sol cinah müdafiəçisi Junior Firpo "Milan"ın radarına düşüb.
Apasport.az xəbər verir ki, "rossoneri" qarşıdakı transfer pəncərəsində satılma ehtimalı yüksək olan Teo Hernandezə əvəzləyici axtarır.
İddialara görə, Firpo da “Milan”ın maraq dairəsindədir.
"Barselona"nın keçmiş futbolçusunun "Lids"lə müqaviləsi iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Junior Firpo ötən mövsüm İngiltərə çempionatında 32 matçda 4 qol vurub və 10 məhsuldar ötürmə edib.
- Polşa klubu ruslara görə beynəlxalq yarışdan imtina etdi
- Gimnastlarımız beynəlxalq turnirdə iki medal qazanıblar
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- Vadim Abdullayev: "Finala çıxıb, tarixə düşmək istəyirik"
- Elşad Quliyev: "Bu hissləri yaşamaq lazımdır"
0
0