"Milan" Hernandezi 30 milyon avroya satacaq
03.06.2025 - 12:32

Fransa millisinin və "Milan"ın müdafiəçisi Teo Hernandez Səudiyyə Ərəbistanı çempionatına keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Teonun yeni komandası "Əl-Hilal" olacaq.
Tərəflər danışıqlar aparıb və transferlə bağlı razılığa gəliblər. Müqavilənin dəyəri 30 milyon avro olacaq. Bundan əlavə, ərəblər "Milan"a 5 milyon bonus ödəyəcək.
Ötən mövsüm Hernandez “rossoneri”nin heyətində 49 matçda iştirak edib, 5 qol vurub, 6 məhsuldar ötürmə edib. Teonun "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
0
0