"Milan" "Yuventus"un ulduzu ilə əlaqə saxlayıb
25.12.2025 - 12:58
"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Milan"ın transfer siyahısındadır.
Apasport.az xəbər verir ki, serb futbolçu gələn yay azad agent ola bilər - onun "qoca sinyora" ilə müqaviləsi başa çatır.
"Milan" Vlahoviçin transferi üzərində işləyir. "Rossoneri" artıq oyunçunun agenti ilə görüşüb. İdman direktoru İqli Tare şəxsən onunla müqavilə imzalamaqda maraqlıdır.
Duşan Vlahoviç bu mövsüm 17 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb
- Millimiz 1/8 finalda son dünya çempionu ilə qarşılaşacaq
- Futbolda 5 fevral təsadüfü: Bu tarixdə doğulanlar ulduz olurlar
- Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər
- "Neftçi"nin tarixində ilk: Emin 200-cü oyuna çıxıb
0
0