Müller karyerasını ABŞ-də davam etdirə bilər
13.05.2025 - 10:36
Almaniyalı yarımmüdafiəçi Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə "Los-Anceles" maraqlanır.
Bu, daha əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını rəsmən elan edən almaniyalı üçün variantlardan biridir.
İddialara görə, Müller hələlik adları açıqlanmayan 2 Avropa komandasından da təklif alıb.
Qeyd edək ki, Tomas bu mövsüm "Bavariya"nın heyətində 43 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- "Traktor" azarkeşləri çempionluğu İstanbulda qeyd ediblər - VİDEO
- 38 yaşlı Jiru Avropaya qayıda bilər
- Səudiyyə Ərəbistanından Salah üçün 114 milyon avroluq təklif
- Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - YENİLƏNİB
0
0