"Bavariya"nın qapıçısı Manuel Noyer klublararası dünya çempionatının 1/8 finalında "Flamenqo" üzərində qələbədən (4:2) sonra müsahibə verib.
Apasport.az xəbər verir ki, təcrübəli qapıçı Braziliya komandasına qarşı oyunun əylənvəli olduğunu bildirib:
"Flamenqo da bizim kimi topa sahib olmaq istəyirdi. Belə rəqiblərə qarşı həmişə diqqətli olmalısan. Biz öz üslubumuza sadiq qalmağa və şanslar yaratmağa çalışdıq. Bu gün hücumda "qatil instinkti" var idi, Pley-offda uğur qazanmaq istəyirsənsə, PSJ-yə qarşı matçın olduğunu bilməliyik".
Qeyd edək ki, "Bavariya" klublararası dünya çempionatının1/8 final mərhələsində "Flamenqo"nu məğlub edib.
- Zülfiyyə Hüseynova Avropa çempionu olub
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- Adı mərc oyunlarında hallanan hakimdən açıqlama: "Nə indi, nə də əvvəl..."
- "Qəbələ"nin yeni transferi Seydina: “Əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq”
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"