Osimhen "Qalatasaray"da -Detallar
20.07.2025 - 21:27
"Qalatasaray" "Napoli"nin nigeriyalı forvardı Viktor Osimheni transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə klubu İtaliya çempionuna ilkin məbləğ 40 milyon avro ödəyib. Gələcək 1 il içində isə "cimbom" italyanlara 35+5 milyon avro ödəniş edəcək.
Həmçinin İtaliya klubu futbolçunun satışından 10 faiz pay haqqı alacaq.
Qeyd edək ki, müqavilədə nigeriyalının yaxın 2 il ərzində İtaliya klublarına satılmayacağına dair xüsusi bənd yer alıb.
- "Real Madrid" illik 100 milyon avro dəyərində yeni müqavilə imzalaya bilər
- 38 yaşlı Jiru Avropaya qayıda bilər
- Okan Buruk: "Bəzi mövqelərdə zədəlilər və cəzalılar var"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
0
0