"Qalatasaray" uzun müddətdir "Napoli" ilə danışıqlar apardığı Viktor Osimhenin transferində xoşbəxt nəticə əldə etmək üzrədir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın İtaliya klubu ilə problemlərini həll etməsindən sonra Osimhenin Türkiyəyə gəliş tarixinin müəyyənləşdiyi iddia edilib.
"Qalatasaray" ulduz hücumçu üçün "Napoli"yə əvvəlcə 40 milyon avro, 2026-cı ilə qədər isə iki hissədə 35 milyon avro ödəyəcək.
İddialara görə, "Qalatasaray" və "Napoli" arasında girov məsələsi həll olunarsa, Osimhen 22 iyulda İstanbula gələcək.
Qeyd edək ki, klublar arasında bağlanan protokola əsasən, Osimhen 2 il A Seriyasının hansısa komandasına keçə bilməyəcək.
- Mişel Platininin evi qarət olunub, 20-yə yaxın medalı oğurlanıb
- Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq
- "Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
- Ranyeri İtaliya millisinə rəhbərlik etməkdən imtina edib
- Busenaz Sürmeneli dünya çempionu olub