"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Pedri "Qızıl top"u qazanmaq şanslarını dəyərləndirib.
Apasport.az xəbər verir ki, futbolçu "Qızıl top"un daha çox hücumçulara verildiyini bildirib:
"Qızıl top" tez-tez hücumçulara verilir, lakin Rodrinin qələbəsi onu göstərir ki, yarımmüdafiəçilərə daha çox qiymət vermək lazımdır. Bir gün onu qazanmağı xəyal edirəm".
Xatırladaq ki, ötən il “Qızıl top” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesə verilmişdi. Yeni mükafat qalibə sentyabrın 22-də təqdim olunacaq.
Bundan əvvəl “Qızıl top”a namizədlərin tam siyahısı bəlli olmuşdu. Pedri də 30 namizəd arasında yer alıb.
- Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
- “Səbail” – “Neftçi” görüşünün hakimi açıqlanıb
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb