İngiltərə Premyer Liqasında bu gün keçirilən oyunlarda maraqlı nəticələr qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Tottenhem” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb. Hər iki komanda matç boyu üstünlük qazanmağa çalışsa da, sonda xalları bölüşməli olublar.
Digər oyunda “Everton” evdə “Fulhem” üzərində inamlı qələbə qazanıb – 2:0. “Vest Hem” isə gərgin keçən matçda “Bernli”ni 3:2 hesabı ilə məğlub edib.
“Sanderlend” “Arsenal”la üz-üzə gəlib. Qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb.
"Çelsi" isə evdə "Vulverhempton"u darmadağın edib - 3:0.
İngiltərə Premyer Liqası
XI tur
"Tottenhem" – "Mançester Yunayted" 2:2
"Everton" – "Fulhem" 2:0
"Vest Hem" – "Bernli" 3:2
"Sanderlend" – "Arsenal" 2:2
"Çelsi" - "Vulverhempton" 3:0
- "Liverpul" yunan futbolçunu komandadan göndərir
- "Qarabağ" - "Sabah" matçına 5000-dən çox bilet satılıb
- Tarixdə bu gün: Yunanıstan Avropa Çempionu Oldu – Futbol Dünyasında Sensasiya - VİDEO
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- "Barselona" Rafinya üçün yeni müqavilə hazırlayır