Klublararası dünya çempionatından sonra Fransa Liqa 1 nəhəngi PSJ transfer işlərinə qaldığı yerdən davam edir.
Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, PSJ hücum xəttini "Napoli"nin forvardı Viktor Osimhenlə gücləndirməyi planlaşdırır.
Həmçinin klub "Fənərbaxça"nın radarında olan Milan Şkrinyarla yollarını ayırmağa hazırlaşır.
Luis Enrikenin rəhbərliyi altında tarixi bir mövsüm keçirən PSJ, Çempionlar Liqası və Liqa 1 titullarından sonra heyətin yenilənməsi istiqamətində işlər aparır. Bununla belə, klub bəzi əsas oyunçularla da yollarını ayıracaq.
Fransız mətbuatı Şkrinyarın icarə əsasında "Fənərbaxça"ya transferinin qalıcı olacağını bildirib.
Hücum xəttini yenidən formalaşdırmaq istəyən PSJ, gözünü icarə əsasında "Qalatasaray"da keçirən Viktor Osimhenə dikib. Fransızlar nigeriyalı hücumçu üçün yeni təklif hazırlayır.
Qeyd edək ki, Türkiyə klubu nigeriyalının transferi üçün danışıqları davam etdirir.
- 2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
- Dünya ulduzları “Qarabağ”ın bazasında: Nurməhəmmədov və başqaları - VİDEO
- Gimnastlarımız dünya kuboku seriyasının qalibi olublar
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- "Fənərbaxça" "Benfika" ilə qarşılaşacaq