PSJ ulduz futbolçusu ilə 5 illik müqavilə imzalayacaq
18.04.2025 - 16:16

PSJ-nin Barkola üçün planı nədir?
Fransa Liqa 1 təmsilçilərindən PSJ futbolçusu Bredli Barkola ilə müqaviləsini yeniləyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
PSJ-nin uzunmüddətli müqavilə strategiyası
Mənbənin məlumatına görə, oyunçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalanacaq. Həmçinin, 22 yaşlı vingerin maaşı artırılacaq.
Xatırladaq ki, Barkola PSJ-yə 2023-cü ildə “Lion”dan 45 milyon avroya transfer olunmuşdu.
Barkolanın bu mövsümkü performansı
Qeyd edək ki, fransalı oyunçu bu mövsüm komandasının heyətində meydana çıxdığı 48 rəsmi matçda 18 qol, 16 assistlə yadda qalıb.
0
0