“Qalatasaray” “Beşiktaş”ın 9 illik seriyasına son qoydu
04.03.2024 - 09:27
Türkiyə Super Liqasının 28-ci turunda "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "aslanlar" 9 illik fasilədən sonra ilk dəfə "Tüpraş" stadionunda "Beşiktaş"ı məğlub edib.
Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. “Fənərbaxça” isə 73 xalla onun ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.
- Hakimlərimiz Avropa çempionatı matçlarına təyinat alıblar
- A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- “Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
0
0