Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi
08.04.2025 - 15:38
"Mançester Siti" mart ayının ən yaxşı futbolçusunu seçib.
Apasport.az xəbər verir ki, mükafatı qış transfer pəncərəsində komandaya qoşulan hücumçu Ömər Marmuş qazanıb.
Marmuş keçən ay "Mançester Siti"nin heyətində 3 oyuna çıxıb. Misirli forvard bu oyunlarda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının cədvəlində altıncı yerdədir. Pep Qvardiolanın komandası dördüncü pillədəki “Çelsi”dən cəmi 1 xal geri qalır.
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- İslamiada: Azərbaycan millisi Səudiyyə Ərəbistana məğlub olub
- İsko son 6 ildə ilk dəfə İspaniya millisinin heyətində meydana çıxıb
- Haland Premyer Liqa tarixinə düşüb
- "Real Madrid"in növbəti iki transfer hədəfi məlum olub
0
0