
"Real Madrid" La Liqanın 36-cı turunun sonunda "Malyorka"nı məğlub edib - 2:1.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, İspaniya nəhəngi kritik 3 xalı qazandığı oyunda 2 rekord qırıb.
Madrid təmsilçisi "Malyorka" ilə oyunda qapıya 39 zərbə vurub. Bu, 2003/04 mövsümündən bəri La Liqada ev matçlarında klub rekordudur.
Bundan əlavə, meydan sahibləri 26 künc zərbəsi yerinə yetiriblər. Beləliklə, "Real" 2005/06 mövsümündən bəri çempionatda bütün komandalar arasında ən çox künc zərbəsi yerinə yetirən klub olub.
Qeyd edək ki, Karlo Ançelottinin komandası 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Barselona" bu gün "Espanyol"a qalib gələrsə, çempionluğu təmin edəcək.
- Aynur Mikayılova dünya çempionatına qələbə ilə başlayıb
- Suarez ardıcıl 5 oyundur "İnter Mayami"də fərqlənir
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- "Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək